“Əmlak bazarında vəziyyət o qədər də ürəkaçan deyil. Bir tərəfdən qiymətlər artmaqda davam edir ki, bunun əsas səbəblərindən biri ipoteka proqramlarının hələ də aktiv olmasıdır. İpoteka ilə alqı-satqı prosesinin başlaması bazarda müəyyən canlanma yaratsa da, bu, alıcıların seçim imkanlarını məhdudlaşdırır. Belə ki, ipoteka ilə mənzil almaq istəyən vətəndaşların qarşısında alternativlər azdır. Bunu bilən satıcılar qiymətə endirim etməyə meyilli deyillər. Əksinə, qiymətləri artırmağa daha çox maraq göstərirlər”.
Bu fikirləri açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov səsləndirib:
Əmlak satışında azalma müşahidə olunmur -RƏY
“Tikinti şirkətləri tərəfindən bazara yeni təkliflərin çıxarılmaması fonunda mövcud yeni tikililərdə qiymətlər yüksəlməyə davam edir. Bu artım əsasən rəqabətin olmaması ilə əlaqəlidir. Digər tərəfdən, bəzi ərazilərdə söküntü işlərinin aparılması gözlənildiyindən, bu bölgələrdə icarəyə olan tələbat artır və nəticədə kirayə qiymətlərinin bahalaşması baş verir”.
Ekspert vurğulayır ki, kommersiya əmlakı və torpaq sahələrinin qiymətləri isə sabit qalıb.
“Bu kateqoriyaya aid əmlaklar üçün müəyyən təkliflər olsa da, alıcılıq qabiliyyəti nisbətən aşağıdır. Ümumilikdə isə qiymətlər yüksək səviyyədə qalmaqda davam edir və bazarda əsas aktivlik ipoteka imkanları ətrafında formalaşır”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi