Azərbaycanın səhiyyə naziri Teymur Musayev 27 aprel – 3 may 2025-ci il tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
Sənədə əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında təşkilatı-hüquqi formasından asılı olmayaraq, uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən bütün tibb idarə və müəssisələrin rəhbərlərinə “İmmunlaşdırma həftəsi”nin keçirilməsi tapşırılıb.
Respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi sənəddə öz əksini tapıb. Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi