Uşaq evində (və ya ümumilikdə dövlətin himayəsində olan müəssisələrdə) böyüyən şəxslərə mənzil verilməsi Azərbaycanda qanunvericiliklə tənzimlənir. Bu proses bir sıra hallarla və şərtlərə bağlıdır.
Bəs, uşaq evində böyüyən şəxslərə hansı hallarda və şərtlərlə dövlət tərəfindən ev verilir?
“Həssas əhali qruplarından olan digər şəxslərlə yanaşı, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial müdafiəsi, onların dövlət qayğısı ilə əhatə olunması və cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Bu kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi məqsədilə sosial proqramlar icra olunur. Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının müvafiq yaşayış yeri ilə təmin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi həyata keçirir.”
Sərvər Abdullayev bildirib ki, qeyd olunan müəssisələrdən məzun olan vətəndaşlarımız üçün “Məzun evi” Sosial Müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biridir. Abşeron rayonunda inşa olunan həmin çoxmənzilli 3 yaşayış binasında 365 məzun mənzillə təmin olunub. Burada onlara həm də sosial məsləhət, sosial-hüquqi xidmətlər də göstərilir.
“Bu tədbirlər hazırda da həyata keçirilir. Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçota götürülmüş sözügedən kateqoriyadan şəxslərin yeni yaşayış komplekslərindən növbəlilik qaydasında mənzillərlə təminatı həyata keçirilir. Sərəncamın icrası çərçivəsində verilən mənzillər də daxil olmaqla son illərdə bu kateqoriyadan olan şəxslərə 650-dən çox mənzil təqdim edilib”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi