Gələn il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xərcləri məlum olub.
AvroMedia.az xəbər verir ki, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.
Gələn il bu sahəyə 5 milyard 105 milyon 971.8 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 354 milyon 241 min manat, yaxud 7,4 faiz çoxdur. 2025-ci ildə sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730, 8 min manat ayrılması nəzərdə tutulub.
Sosial müdafiə və sosial təminat xərcləri 2027-ci ildə 5 milyard 389 milyon 226.9 min manat, 2028-ci ildə 5 milyard 871 milyon 740,5 min manat, 2029-cu ildə 6 milyard 180 milyon 879,3 min manat olacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi