Türkiyədə qarışıq hava şəraiti davam edir.
AvroMedia.az xəbər verir ki, ölkənin bir sıra ərazilərində temperatur yüksəlməyə başlasa da, bəzi bölgələrdə qarlı hava bir müddət təsirli olacaq.
Türkiyənin Meteorologiya Nazirliyi tərəfindən açıqlanan məlumatda qeyd edilir ki, həftənin ilk günlərindən etibarən İstanbulda hava temperaturu 18-20 dərəcəyə qədər yüksələcək. Günəşli hava şəraiti cümə gününə qədər davam edəcək. Egey və Marmara bölgələrində də oxşar bahar havası müşahidə olunacaq. İzmirdə 22 dərəcəyə çatan istiliklə birlikdə, açıq və günəşli günlər vətəndaşları sevindirəcək.
Şərq bölgələrində isə yazdan əsər yoxdur. Ərzurum, Kars və Ağrı kimi şəhərlərdə temperatur gecə saatlarında -5 dərəcəyə qədər düşəcək. Çərşənbə axşamından etibarən bölgədə qar yağışı gözlənilir. Meteorologiya bu bölgələrdə yaşayan vətəndaşlara diqqətli olmaları üçün xəbərdarlıq edib.
Qara dəniz bölgəsində isə hava dəyişkən olacaq. Sahil bölgələrində zaman-zaman yağış müşahidə ediləcək, daxili hissələrdə isə qısa müddətli günəşli hava şəraiti üstünlük təşkil edəcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi