Kartofun qiyməti gömrükdə 5 qəpik, marketlərdə 70 qəpik artıb
Tarix: 14-04-2025, 09:36
Baxılıb: 2 546
Google+ Paylaş
Tumblr Paylaş

Kartofun qiyməti gömrükdə 5 qəpik, marketlərdə 70 qəpik artıb

14-04-2025, 09:36

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 39 min 218 ton kartof idxal olunub.
AvroMedia.az Yeniavaz.com-a istinadən xəbər verir ki, idxal edilən kartofun 1 kiloqramının orta gömrük dəyəri 29,6 sent (50 qəpik) təşkil edib.
Qeyd edək ki, ötən ilin ilk 2 ayı ərzində ölkəyə 40 min 225,8 ton kartof idxal olunub və həmin dövrdə 1 kiloqramın orta gömrük dəyəri 26 sent (45 qəpik) olub.
Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, bu il idxal olunan kartofun gömrük dəyəri 11% və ya 5 qəpik artıb.
Bundan əlavə, ötən ilin mart ayında Azərbaycanda idxal kartofun pərakəndə satış qiyməti 90 qəpik olduğu halda, bu ilin mart ayında bu göstərici 78% artaraq 1 manat 60 qəpiyə yüksəlib.
Nəticə etibarilə, ötən il marketlərdə kartof gömrük dəyərindən 2 dəfə baha satıldığı halda, bu il həmin fərq 3,2 dəfəyə çatıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ