Taksi sürücüləri üçün imtahan keçiriləcək
Tarix: 11-04-2025, 16:19
Baxılıb: 3 338
Google+ Paylaş
Tumblr Paylaş

Taksi sürücüləri üçün imtahan keçiriləcək

11-04-2025, 16:19

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün aprelin 17-də imtahan keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ