Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ
Tarix: 11-04-2025, 08:24
Baxılıb: 2 451
Google+ Paylaş
Tumblr Paylaş

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

11-04-2025, 08:24

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar- fevral ayında ölkə bankları 179.4 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır.
AvroMedia.az xəbər verir ki, bankların əməliyyat mənfəəti isə bu ilin ilk iki ayında 275.2 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.
Bu azalma nə ilə bağlıdır?
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bankların gəlirlərinin azalmasının əsas səbəbi konservativ kredit siyasətinə keçilməsidir:
“Banklar riskli ola biləcək sahələrə kredit verilməsini azaldıblar. Bu da müəyyən gözləntilərlə bağlıdır. Manatın məzənnə dəyişikliklərinin yüksəlmə ehtimalı olduğuna görə banklar etibarlı kredit siyasətinə keçmək, riskləri azaltmaq istəyirlər. Təbii ki, kreditləşmə azaldıqca bankların da gəlirləri aşağı düşür. Bu tendensiyanı izləmək lazımdır. Əgər bu qalıcı bir tendensiya olsa, o zaman bankların da dayanıqlılığında müəyyən problemlər yaşana bilər”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ