Bu gün 20-30 min verib Çin maşını almağa dəyər?
Tarix: 17-04-2025, 16:44
Baxılıb: 3 366
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün 20-30 min verib Çin maşını almağa dəyər?

17-04-2025, 16:44

Əvvəllər alıcılar maşın almaq üçün Avropa və Amerika bazarına üz tuturdular. İndi sə bu istiqamət Çinə doğru dəyişməyə başlayıb. Çin maşınlarına təlabat çoxdur, qiyməti sıfır kilometr maşınlara görə münasibdir. Amma keyfiyyətlə bağlı müxtəlif fikirlər mövcuddur. Bəs görəsən, bu gün 25-30 min manat verib Çin maşını almağa dəyərmi?
Mövzu ilə bağlı məhşur avtomobil bloqeri İlkin Mustafayev AvroMedia.az-a açıqlamasında bildirib ki, son 2 və ya 3 ildir ki, Çin avtomobilləri ölkəmiziə kütləvi şəkildə idxal olunur:
“Təbii ki, burada əsas faktor ucuz olmasıdır. Keyfiyyət faktoru isə sual altındadır. Çin avtomobilləri 2 formalı istehsal olunur. Çinin daxili və qlobal bazar üçün nəzərdə tutulan maşınlar var. Bu avtomobillərin yığımında və keyfiyyətində ciddi şəkildə fərqlər olur. Çinin öz daxili bazarı üçün istehsal edilən avtomobillərdə keyfiyyət aşağı ola bilir. Qlobal bazarın isə öz standartları və qatı təzyiqləri olduğuna görə, Çin keyfiyyətli avtomobil istehsal etməyə məcburdur.“
Avtobloqer hesab edir ki, qiymət məsələsi də keyfiyyətlə düz mütənasibdir.
“Çünki qiymət aşağı düşdükcə, keyfiyyət də azalır. İnsanlar avtomobillərə daha az pul vermək istəyirlər. Təbii ki, qiymətin aşağı düşməsi üçün müəyyən nüansları aşağı salmaq lazımdır. Misal üçün batareya keyfiyyətini, mühərrrik və yaxud da salon detallarını, dəmirin və s kimi hansısa nüanslardan kəsmək lazımdır. “
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ