DİQQƏT: Bu halda məhkəməyə getmədən boşana bilərsiniz
Tarix: 4-04-2025, 15:43
Baxılıb: 3 362
Google+ Paylaş
Tumblr Paylaş

DİQQƏT: Bu halda məhkəməyə getmədən boşana bilərsiniz

4-04-2025, 15:43

Bəzi ölkələrdə nikah müqaviləsinə boşanma şərtləri də daxil edilir. Bu isə sonrakı prosesi asanlaşdırır. Məsələn, ABŞ-ın bir sıra ştatlarında tərəflər müəyyən şərtlər daxilində avtomatik boşanma maddəsi əlavə edə bilərlər. Xəyanət, maddi öhdəliklərin yerinə yetirilməməsi və ya müəyyən davranış qaydalarına əməl edilməməsi müqavilə ilə bağlandığı halda, bu, boşanma üçün əsas olur. Həmçinin, Kanada, Almaniya, Fransa kimi ölkələrdə də oxşar qaydalar var.
Azərbaycanda da avtomatik boşanma prosesini təmin etmək olarmı? Belə sistem ailə modelinə necə təsir edər?
AvroMedia.az xəbər verir ki, Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, daha sivil boşanmaların həyata keçirilməsi üçün nikah müqaviləsi şərtdir:
“Bu gün boşanma prosesi zamanı məhkəmələrdə mülk davası olur, tərəflər ciddi formada problem yaşayırlar. Nikah müqaviləsi olsaydı, mübahisəli vəziyyət yaranmazdı. Belə sənəd bir növ şərti şumda kəsmək kimidir, sonda xırmanda yabalaşmasınlar”.
Sosioloq bildirib ki, boşanma ərəfəsində adətən mənəviyyat geri plana atılır:
“Hər iki tərəf maddiyyata üstünlük verir. Düşünürəm, Avropada sivil boşanmanın təməlinin qoyulmasıda nikah müqavilələrinin rolu var”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ