Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Melissa Group” tikinti şirkəti Bakının Alatava yaşayış massivində vətəndaşın evini uçurub. Bundan sonra şirkətin rəhbəri Qalib Məmmədov bir ay müddətinə həbs edilib. Şirkətin sonrakı fəaliyyəti isə müzakirə obyektinə çevrilib. Əksəriyyət qurumun ləğv edilməli və ya fəaliyyətinin araşdırılmalı olduğunu bildirir.
AvroMedia.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, şirkətin ləğv edilməsi real görünmür:
“Melissa Group”un idarə etdiyi, hələ də tikilən binalar var. Ona görə ləğv istiqamətində hər hansı qərarın olacağını düşünmürəm. Amma şirkətin sahibinin dəyişdirilməsi mümkündür. Hətta bu ehtimal böyükdür. Ardınca qurumun adı ilə bağlı da addım atıla bilər. Lakin aktivləri biznes kimi qalacaq”.
Hüquqşünasın sözlərinə görə, Azərbaycanda özbaşınalıq edən tikinti şirkətləri çoxdur:
“Camaatın evini qanunsuz söküb-dağıdan şirkətlər az deyil. Nədənsə bu şirkətə qarşı belə sərt tədbirlər görüldü. Təbii ki, doğru yanaşma idi. Görünür, burada başqa səbəblər də mövcuddur”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi