Fevral ayının sonundakı şaxtalardan sonra bir neçə gün ərzində havanın temperaturu 25-30 dərəcəyədək yüksəldi. Təbii olaraq bu ərəfədə ağaclar tumurcuqlamağa başladı, bəzi ağaclar isə çiçək açdı. Lakin ardınca havanın hərarəti yenidən sıfır dərəcəyədək endi.
Havaların bu qədər soyuması bitkilərə, məhsuldarlığa ciddi təsir göstərib.
“Hava belə olduğuna görə çiçəklər yandı. Təxminən 70 faiz şaftalı və ərik ağacından məhsul gözləmirik. Çiçək töküləndən sonra ağac yenidən yarpaqlamağa başlayır. Amma məhsulu olmur”, − deyə bağ sahibi İsa Abakarov söyləyib.
Bağ sahibləri deyirlər ki, məhsuldarlığın az olması səbəbindən meyvələrin qiymətinin bahalaşması müşahidə ediləcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi