Həccə getmək istəyənlərin nəzərinə
Tarix: 31-03-2025, 18:13
Baxılıb: 3 367
Google+ Paylaş
Tumblr Paylaş

Həccə getmək istəyənlərin nəzərinə

31-03-2025, 18:13

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Oxu.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, hazırda həcc ziyarəti üçün sənəd qəbulu davam edir:
“Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb”.
Qeyd edək ki, Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ