Qəbələ RLS-ə yeni direktor təyin edildi
Tarix: 26-03-2025, 10:44
Baxılıb: 2 919
Google+ Paylaş
Tumblr Paylaş

Qəbələ RLS-ə yeni direktor təyin edildi

26-03-2025, 10:44

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-nin (Qəbələ RLS) direktoru İlkin Şıxqəmzəyev vəzifəsindən azad edilib.
AvroMedia.az  xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.
Onun digər əmri ilə RLS-ə rəhbərlik Vasif Rzayevə həvalə olunub.
Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nın balansında olub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ