Professor Sinem İliaz həddindən artıq yuxu müddətinin ürək xəstəliyi, diabet və idrak qabiliyyətinin zəifləməsi kimi sağlamlıq problemlərinə işarə edə biləcəyini bildirdi.
AvroMedia.az xəbər verir ki, böyüklər üçün ideal yuxu müddəti gündə 7 ilə 9 saat arasında hesab edilir. Ancaq bu müddətin müntəzəm olaraq aşılması metabolik pozğunluqlar, yuxu apnesi və zehni geriləmə kimi müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.
Professor həddindən artıq yatmağın yuxusuzluqla yanaşı, sağlamlıq üçün də risk ola biləcəyinə diqqət çəkib:
“Həddindən artıq yuxu – yuxu apnesi və hipersomniya, depressiya, immun sistemi xəstəlikləri, hormon balanssızlıqları, ürək-damar xəstəlikləri kimi bir çox xəstəliklə əlaqələndirilə bilər. Nəzarətsiz və uzun müddət yuxuya getmənin orqanizmdə fərqli sağlamlıq problemlərinə yol aça bilər. Bu vəziyyətdə mütləq mütəxəssisə müraciət edilməlidir” .
Uzun müddət yatmağın Alzheymer və demans kimi zehni pozğunluqların, diabet və ürək xəstəliklərinin inkişaf riskini artıra biləcəyini deyən həkim həftə içi qeyri-kafi yatan fərdlərin həftə sonları çox yataraq kompensasiya etməyə çalışması vərdişini pisləyib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi