Hal-hazırda bütün dünyada insanlarda D vitamini çatışmazlığı var. Səbəbi isə təəssüf ki, bilinmir. Təbiətin oyandığı vaxt, yaz fəsli insanlar üzərində tam əks təsir yaradır. Yorğunluq, halsızlıq və əzginliklə özünü biruzə verən yaz yorğunluğu baş, boyun, kürək və bel ağrılarına da səbəb olur. Yaz gələndə günlər uzanır, havanın temperaturu yüksəlir və orqanizm bu dəyişikliyə uyğunlaşmaqda çətinlik çəkir. Yaz yorğunluğu adətən günorta və axşama doğru hiss olunur. Eyni zamanda diqqət və yaddaş zəifləyir.
Bəs Yaz yorğunluğuna səbəb nədir?
AvroMedia.az xəbər verir ki, qışdan yaz fəslinə keçid etdikdə insanlarda müəyyən qədər vitamin çatışmazlığı yaranır. Ona görə də müəyyən yorğunluq halları baş verir.
AbzasMedia - Adil Qeybulla: "Uşaqlar arasında respirator xəstəliklərin artması xeyli narahatlıq doğurur"
“Hal-hazırda bütün dünyada D vitamini çatışmazlığı var. Səbəbi isə təəssüf ki, bilinmir. Bu da yorğunluğa səbəb olan haldır. İnsanların açıq havaya çıxmamaları, günəşdə gəzməmələri yorğunluğun artmasına gətirib çıxarır. Fəsil dəyişməsi ilə əlaqədar olaraq insan orqanizmində də müəyyən dəyişikliklər baş verir. Bunun özü də müəyyən qədər orqanizmin əvvəlki stabil vəziyyətindən başqa duruma keçməsini göstərir.“
Həkim qeyd edir ki, gün ərzində 2 litr su içmək, kifayət qədər vitamin, mineral və antioksidant tərkibli qidalar yemək əhəmiyyətlidir. Yaz aylarında gəzmək, qaçış, üzmə kimi mütəmadi məşqlər etməli, kifayət qədər yatmalı, işləmə-dincəlmə araları və istilik dəyişimlərinə diqqət edilməlidir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi