Aparıcı İlkin Həsəni TikTok-da çirkli pulların necə yuyulmasından danışıb.
AvroMedia.az xəbər verir ki, "Baku aktual" verilişində qonaq olan aparıcı bu prosesin necə baş verdiyini izah edib:
"Feysbuk və instaqram "Meta" şirkətinə aiddir. Artıq bir neçə ildir ki, Azərbaycandan kimsə reklam ödənişi etdikdə 18 faiz vergi tutulur. Eləcə də yutubdan biz hansısa bir gəlir əldə ediriksə, platforma kartdan karta göndərmir, birbaşa bank hesabını istəyir. Vergi məlumatını göndərirsən, rəsmi qeydiyyatın olmalıdır. Ölkəmizdə hər hansı bir şəxsə ödəniş etdikdə, bunu dollarla edir. Dollar hesabında da biz vergi ödəyirik. Bu kifayət qədər şəffafdır.
Yeganə idarə olunmayan mexanizm TikTok-dur. Bu bir bəladır, külli miqdarda çirkli pullar yuyulur. Deməli, bu necə baş verir. Kiminsə əlində çirkli pullar var. Həmin şəxs bir nəfərlə danışır və deyir ki, sənə hədiyyə göndərəcəyəm. Sən onu nağdlaşdırıb, 50 faizini mənə qaytararsan. TikTok nəzarətdən kənar platformadır".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi