ADY-dən yol hərəkəti iştirakçılarına müraciət
Tarix: 12-03-2025, 17:30
Baxılıb: 2 262
Google+ Paylaş
Tumblr Paylaş

ADY-dən yol hərəkəti iştirakçılarına müraciət

12-03-2025, 17:30

“Azərbaycan Dəmir Yolları” QSC dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
AvroMedia.az xəbər verir ki, müraciətdə deyilir ki, son günlər müşahidə olunan dumanlı hava səbəbindən platformalarda, dəmir yollarının və dəmiryol keçidlərinin ətrafında görmə bucağı və məsafəsinin azalması müşahidə olunur.
"Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin. Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik”, - məlumatda qeyd edilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ