2024-cü ildə “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha 508 nöqtədə 1900, o cümlədən işğaldan azad olunmuş ərazilərdə 79 nöqtədə 227 videomüşahidə kamerası quraşdırılıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Modern.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumatda bildirilib.
Hazırda ölkə üzrə ümumilikdə 5300 nöqtədə 16 600 videomüşahidə kamerası istismar olunur.
Bundan 3500 nöqtədə 11 100 kamera Bakı şəhərində yerləşir.
Bununla yanaşı, respublika üzrə 4700 üztanıma kamerası (Bakı şəhəri üzrə 4200) istismar olunur.
Ötən il videomüşahidə vasitələrinin tətbiqi ilə 24 100, o cümlədən 22 300 yol-nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulması faktı, 1400 yanğın və digər hadisə müəyyən edilib, axtarışda olan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə olunan 21 avtomobil müəyyənləşdirilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi