“TikTok” istifadəçilərinə xəbərdarlıq
Tarix: 12-03-2025, 08:56
Baxılıb: 3 371
Google+ Paylaş
Tumblr Paylaş

“TikTok” istifadəçilərinə xəbərdarlıq

12-03-2025, 08:56

Baku TV-nin “Salam Baku” verilişində sosioloq Üzeyir Şəfiyevlə sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən “tiktoker”lərlə bağlı müzakirə aparılıb.
AvroMedia.az xəbər verir ki, sosioloq qeyd edib ki, istifadəçilərin bir qisminə elə gəlir ki, sosial şəbəkələrdə istədiklərini edə bilər və buna görə heç bir məsuliyyət daşımır.
“Onlar böyük yanlışa yol verirlər. Real həyatda olduğu kimi, sosial şəbəkələrdə də əxlaqazidd davranışlar hüquqi məsuliyyət yaradır”.
Ü.Şəfiyev bildirib ki, Azərbaycanda bu məsələ ilə bağlı bir sıra tənzimləmə mexanizmləri həyata keçirilir:
“Dövlət tərəfindən həm hüquqi müstəvidə, həm də sosial maarifləndirmə istiqamətində addımlar atılır. Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə edildi. Bu maddə sosial şəbəkə üzərindən böhtan, təhqir, aşağılayıcı ifadələrə, hüquqazidd paylaşımlara görə məsuliyyəti nəzərdə tutur”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ