Saray körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı
Tarix: 11-03-2025, 14:30
Baxılıb: 2 777
Google+ Paylaş
Tumblr Paylaş

Saray körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı

11-03-2025, 14:30

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.
AvroMedia.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, körpünün martın sonu – aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.
Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ