Böyükşor-Pirşağı avtomobil yolu Heydər Əliyev prospekti ilə birbaşa əlaqələndirilə bilər. Bununla bağlı təklif 2025-30-cu illəri əhatə edən dövlət proqamında öz əksini tapıb.
Başqa sözlə, yolun Ziya Bünyadov prospekti ilə birləşən hissəsində sıxlıq tarixə qovuşa, nəqliyyat vasitələrinin həmin ərazidə intensiv hərəkəti təmin edilə bilər.
AvroMedia.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov “Xəzər Xəbər”ə deyib ki, yeni layihə icra olunarsa, Heydər Əliyev prospekti ilə hərəkət edənlər, rahatlıqla Böyükşor-Pirşağı avtomobil yolundakı qovşağa daxil olaraq bir çox istiqamətə hərəkət edə bilərlər.
Ərşad Hüseynov həmçinin bildirir ki, əslində, Böyükşor-Pirşağı yolunun potensialı böyükdür. Ekspert təklif edir ki, həmin yolu təkcə Heydər Əliyev prospekti ilə deyil, Babək və 8 Noyabr prospektləri ilə də əlaqələndirmək olar.
Nəticədə, bu layihələr icra edilsə, şimal-cənub istiqamətində nəqliyyat axını yaxşılaşacaq. O yolda həmçinin yeni ictimai nəqliyyat xətlərinin yaradılması da zəruri olacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi