Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları davam edir.
AvroMedia.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Komissiyanın üzvü, millət vəkili Fazil Mustafa məlumat verib.
O, bildirib ki, əfvlə bağlı çoxsaylı müraciətlər var və onlara hissə-hissə baxılır:
“Müraciətlərə cinayət kateqoriyalarına uyğun olaraq baxılır. Ona görə də ümumilikdə neçə nəfərin müraciət etməsi ilə bağlı konkret rəqəm söyləmək mümkün deyil. Hansı cinayətə görə daha çox əfv olunacaq, bunu da öncədən söyləmək çətindir. Hər halda, bu istiqamətdə işlər gedir. Yəqin ki, yaxın iki ayın tamamında əfvin nəticəsini ortaya qoyacağıq və bununla bağlı bilgilər veriləcək”.
Komissiya üzvü onu da qeyd edib ki, bu məsələ ilə bağlı iclas və müzakirələr demokratik şəkildə aparılır:
“Ümid edirəm ki, bu nəticələr cəmiyyətimizdə əfv gözləyən insanlarda nikbin ovqat yarada biləcək”.
“Daha bir iclas keçiriləcək”
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də Bizim.Media-ya açıqlamasında bu həftə komissiyanın daha bir iclasının keçiriləcəyinin gözlənildiyini deyib:
“Əfvetmə prosesi Əvfetmə Komissiyası haqda Əsasnaməyə və Azərbaycan Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Əlbəttə, müraciət edən şəxslər barəsində məlumatların toplanması, emalı prosesi daha da sürətlənir, yeni texnologiyalar tətbiq edilir, yeni göstəricilər müəyyən edilir. Yəni daim təkmilləşmə prosesi gedir. Amma konkret olararaq əfvə kimlər düşəcək, kimlər çıxmayacaq, kimlərə aid olacaq, bunlar cənab Prezidentin səlahiyyətində olan məsələlərdir. Hələ iclaslarımız davam edir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi