Təhsil müəssisələrində tələb olunan iş dəftərlərinin şəxsi vəsait hesabına alınması problemi hələ də həllini tapmayıb.
AvroMedia.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Milli Məclisdə 2024-cü il üzrə məruzəsində bildirilib. Müzakirələr zamanı qeyd olunub ki, orta təhsil icbari və dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün dərsliklər və onların komplektləri də şagirdlərə ödənişsiz təqdim edilməlidir. Odur ki, dərsliklərlə yanaşı, digər köməkçi vəsaitlərin də şagirdlərə dövlət hesabına verilməsi vacibdir.
Elə sakinlər də bu təklifin tərəfdarıdırlar. Onlar bildirirlər ki, iş dəftərləri baha olduğundan bəzi şagirdlər vəsaiti əldə edə bilmirlər.
Ekspertlər isə hesab edirlər ki, bəzi uşaqlarda iş dəftərinin olmaması təhsilin keyfiyyətinə təsir göstərir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi