Novruz bayramı ərəfəsində çərəzlərin qiyməti
Tarix: 10-03-2025, 08:00
Baxılıb: 2 271
Google+ Paylaş
Tumblr Paylaş

Novruz bayramı ərəfəsində çərəzlərin qiyməti

10-03-2025, 08:00

Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur.
AvroMedia.az xəbər verir ki, yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir. Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli  məhsullardan  qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapan qozu isə 9-manatdan təklif edilir.
Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.
Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:
Onlar deyir ki, ləpənin qiyməti baha olsa da hazırda ona tələbat da çoxdur:
İqtisadçılar isə hesab edir ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ