Azərbaycan qadını hər kəsə örnəkdir
Tarix: 8-03-2025, 19:02
Baxılıb: 3 216
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan qadını hər kəsə örnəkdir

8-03-2025, 19:02

Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. 

Bu gün 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar Şərqdə ilk dəfə seçib-seçilmək hüququ əldə etmişdir. Bu hadisə qadınların ölkənin ictimai-siyasi həyatında rolunun gücləndirilməsinə mühüm töhfə vermişdir. Maarifçilik hərəkatı nəticəsində qadınlar təhsil almağa başlayaraq, milli dəyərlərə sadiq qalmaqla mədəni və intellektual inkişafın təbliğatını aparmışdır. Müstəqil Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri qadın hüquqlarının qorunması və onların ictimai-siyasi, iqtisadi sahələrdə daha geniş təmsil olunmasıdır. Ulu Öndər Heydər Əliyev qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təşviq edən mühüm qərarlar imzalamış, onların idarəçilikdə yer almasını dəstəkləmişdir.

Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə şərait yaratmışdır. Ölkəmizdə dövlət səviyyəsində gender siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdik­lərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.

Bu gün Azərbaycan qadınları təhsil, elm, səhiyyə, incəsənət və idman sahələrində mühüm uğurlar qazanır. Onların uğurlarını daha da artırmaq üçün dövlət tərəfindən mütəmadi olaraq yeni proqram və təşəbbüslər həyata keçirilir. Bu istiqamətdə hər zaman dövlətimizin dəstəyi davam edəcəkdir. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur.

Dövlətimizin başçısı İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikində daim bu mühüm məqam xüsusi qeyd edilir ki, gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəkliyi bir daha sübuta yetirmişlər.

Türkanə Mübarizскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ