Fevral ayı üzrə xaricdə təhsil almış 613 müraciətçinin 548-i barədə diplom tanınması ilə bağlı müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, “Açıköğretim” təhsil forması səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə ən çox müraciət Rusiyadan (166), Ukraynadan (158), Türkiyədən (148), Belarusdan (43) və Gürcüstandan (21) olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq ixtisası üzrə 128, tibb ixtisası üzrə 52, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisas üzrə 43, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə 39, stomatologiya ixtisası 27 müraciət qeydə alınıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi