Novruz və Ramazan bayramları ərəfəsində və tətil günlərində Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat ənənəvi olaraq artır.
AvroMedia.az xəbər verir ki , bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL sözügedən dövr ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.
Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür.
Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi