Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
AvroMedia.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur