Hazırda dünya ölkələrinin təxminən 35 faizində sükanı sağda olan nəqliyyat vasitələrindən istifadə edilir. Azərbaycanda isə bu tip avtomobillərə olduqca az rast gəlinir.
AvroMedia.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, ölkəmizdə sükanı sağda olan nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır:
“Yeni gömrük qanunvericiliyinə əsasən, Azərbaycan ərazisinə daxil olan nəqliyyat vasitələri müəyyən standartlara uyğun olmalıdır. İstehsal ilindən, təhlükəsizlik yastıqlarından tutmuş, sükanın harada yerləşməsinə qədər bu, qanunda öz əksini tapıb. Sağ tərəfli hərəkət mövcud olduğuna görə ölkəmizdə sağda sükan olması qadağandır.
İdarəetməyə gəlincə, bu standartlar müəyyən dövlətlərdə tətbiq olunur. Bu da onunla əsaslanır ki, hərəkət sol tərəfdən olduğuna görə ötmə əməliyyatı zamanı heç bir maneə yaratmır. Lakin Azərbaycanda əksinə istiqamətdə, yəni sağdan olduğuna görə soldan hərəkət etmək məcburiyyətində qalırıq və bu maneələr yaradır. Yəni maşının bir çox hissəsi əks istiqamətə düşdüyünə görə kifayət qədər maneələr yaradır. Bu, çox təhlükəlidir. Ona görə də sağ tərəfdə mövcud olan idarəetmə sükanı ilə ölkə ərazisində nəqliyyat vasitələrinin idarə edilməsi qadağandır”.
Ekspert qeyd edib ki, sükanın yeri dəyişdirilmiş maşınlarda isə ciddi problemlər meydana çıxır:
“Qeydiyyat şəhadətnaməsi” deyilən bir sənəd var. Əgər burada sükanın dəyişdirilməsi öz əksini tapırsa, onda heç bir maneə yaranmır. Adətən, bu işlər daha çox Gürcüstanda görülür. Amma təcrübə onu göstərir ki, sükanın yerinin dəyişdirilməsi gələcəkdə bir sıra fəsadlarla müşahidə olunur”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi