Saxta hesablar vasitəsilə Feysbuk sosial şəbəkəsi üzərindən fişinq cəhdləri həyata keçirilir.
AvroMedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Mesajlarda Feysbukun icma qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir. Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi mövcuddur.
Xidmət vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, sosial şəbəkələrdən bu tip mesajlarla rastlaşdıqda, həmin məlumatları platformanın dəstək xidmətindən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını (istifadəçi adı və şifr) qarşı tərəfə ötürməməyi tövsiyə edir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi