Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat ASC tərəfindən martın 1-2-də növbəti dəfə “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
AvroMedia.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada 20 rayondan 50-yə yaxın fermerin iştirakı gözlənilir. Əvvəlcədən qeydiyyatdan keçən fermerlər 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək. AQTA-nın Səyyar Qida Laboratoriyası yarmarkanın yanında fəliyyət göstərəcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi