Kolbasa və ət məhsullarının istehsaldan sonra sıxıldığı və çəkisinin aşağı düşdüyü deyilir.
AveoMedia.az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə də görüntülər paylaşılıb. Videoda alıcı, aldığı məhsulu yenidən çəkdirdiyini və çəkisinin aşağı düşdüyü üçün etiketdə qeyd olunan məbləğdən daha az ödəniş etdiyini bildirir.
Qida mütəxəssisi Asim Vəliyev deyir ki, bu kimi hallar tez-tez baş verir. Onun sözlərinən görə, ət məshullarının çəkisinin zamanla dəyişməsi adi bir haldır. Bu halda alıcı məhsulun yenidən çəkilməsini tələb edə bilər.
Qida mütəxəssisi Seymur Qafarov isə deyir ki, bu hal təkcə ət məhsullarında deyil, digərlərində baş verə bilir.
Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, kolbasa və sosislərin istehsaldan sonra çəkisinin itməsi çox vaxt qablaşdırılma forması ilə bağlı olur.
Onun fikrincə, məhsulun üzərində onun çəkisinin itə biləcəyi ilə bağlı məlumat qeyd olunmalıdır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi