İran parlamentinin Təhsil Komissiyasının ölkədə məktəblərdə qeyri-fars dillərin və etniklərin ədəbiyyatının tədrisini nəzərdə tutan qanun layihəsi bu gün parlamentin açıq iclasında səsə qoyulub.
AvroMedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, səsvermədə iştirak edən 246 millət vəkilinin 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə səs verib, 5 millət vəkili tərəfsiz olub, 7 nəfər isə səsvermədə iştirak etməyib.
Bununla da İran məktəblərində qeyri-fars dillərin və etniklərin ədəbiyyatının tədrisini nəzərdə tutan qanun layihəsi qəbul edilməyib.
Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsi qeyri-fars dillərin tədrisini deyil, sadəcə etniklərin ədəbiyatının tədrisini nəzərdə tutsa da, bu, 45 ildir icra edilmir.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın seçkiqabağı təbliğat kampaniyasının əsas müddəalarından biri 15-ci maddənin icrası idi.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi