Sosial xidmətə götürülən şəxslərdən sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələb olunacaq.
AvroMedia.az xəbər verir ki, bununla bağlı “Sosial xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib.
Qeyd olunub ki, dəyişiklik çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədlərinə nail olmaq üçün hazırlanıb.
Qüvvədə olan redaksiyada sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da, eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb. Dəyişiklik qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır.
Təklif olunan dəyişiklik layihəsi plenar iclasa tövsiyə olunub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi