Soyuq havalarda meyvə-tərəvəzin qiyməti adətən yüksəlir. Bu dövrdə bazarlarda alış-veriş edən insanlar əvvəlki aylara nisbətən daha bahalı məhsullarla qarşılaşırlar. Xüsusilə gündəlik tələbat mallarında qiymət artımı daha çox nəzərə çarpır.
AvroMedia.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, bu ərəfələrdə logistika bahalaşır və bu da təbiidir, çünki yol xərcləri artır, yol şəraiti daha təhlükəli olur:
“Hesab edirəm ki, bütün bu amillər qiymətlərin üzərinə gəlir. Bundan əlavə, qiymətlərin artması mövsümi xarakter daşıyır, çünki yeni meyvələr yoxdur. Hazırda bazarda keçən mövsümdən qalan meyvələr satılır və onların sayı azaldıqca qiymətlər də təbii olaraq yüksəlir. Təxminən may ayına qədər bu vəziyyət davam edəcək”.
İqtisadçı qeyd edib ki, bu proses hər il təkrarlanır. May-iyun aylarında qiymətlərdə müəyyən dərəcədə tənzimləmə olacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi