Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək
Tarix: 25-02-2025, 09:52
Baxılıb: 2 794
Google+ Paylaş
Tumblr Paylaş

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək

25-02-2025, 09:52

Azərbaycanda ilk dəfə 04-09 mart 2025-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, əbədiyaşar Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq.
AvroMedia.az xəbər verir ki, festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, “Gəncənin döyünən ürəyi” adlı film və kitabın təqdimatı, “Sevil” operası, “Min bir gecə” baleti nümayiş etdiriləcək.
9 mart tarixində baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ