Zibilliyə atdığınız ödəniş qəbzləri sizin üçün problem yarada bilər.
AvroMedia.az xəbər verir ki, bu barədə məlumat təhlükəsizlik üzrə mütəxəssis Amalya Calalova danışıb. O, bu cür məlumatların hakerlər tərəfindən oğurlana biləcəyini söyləyib:
“Siz də kedit çeklərini, kommunal ödəniş qəbzlərini və ya vaxtı bitmiş müqavilə və sənədləri zibil qutusuna atırsınızmı? Düşünürsünüz ki, adi və lazımsız kağızdır, nə ola bilər?!
Hakerlər isə heç də belə düşünmürlər. Bu məlumatlar sizə nə qədər gərəksiz görünsə də, hakerlər elə həmin sənədlərdə olan fərdi məlumatlarınızı, yəni ad, soyad, fin kodunuz, şəxsiyyət vəsiqənizin nömrəsi və digər məlumatları oğurlayaraq hesablarınıza icazəsiz giriş əldə edir və istənilən əməliyyatı adınızdan icra edir, pullarınızı ələ keçirir və hətta şifrələrinizi asanlıqla dəyişirlər. Ona görə də belə sənədləri zibil qutusuna atmazdan əvvəl kağız doğrayıcı vasitəsilə məhv edin. Əgər doğrayıcı yoxdursa, o zaman sadəcə əlinizlə məhv edə bilərsiniz”, - deyə o söyləyib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi