Həsən Kürün vəziyyəti ağırdır
Tarix: 24-02-2025, 14:07
Baxılıb: 2 902
Google+ Paylaş
Tumblr Paylaş

Həsən Kürün vəziyyəti ağırdır

24-02-2025, 14:07

Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti ağırdır.
AvroMedia.az xəbər verir ki, bu barədə Oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Fevralın 22-də saat 19:00-da 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, gənc şair Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ