Uzun müddətdir ictimaiyyət önünə çıxmayan Milli Məclisin sabiq sədri Oqtay Əsədov bu gün ortaya çıxıb.
AvroMedia.az xəbər verir ki, modern.az-ın məlumatına görə, sabiq spiker fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki konfransında iştirak edib.
Qeyd edək ki, hesabat-seçki Baş Məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri də məlum olub.
Səs verənlər arasında Oqtay Əsədov də görünüb. Qeyd edək ki, Əsədov Azərbaycan Tennis Federasiyasının prezidentidir.
O, 1995-ci ildə yaradılan bu federasiyaya 2004-cü ildən rəhbərlik edir. Sonuncu dəfə 31 avqust 2022-ci ildə keçirilən qurultayda Oqtay Əsədov növbəti 4 il müddətinə Azərbaycan Tennis Federasiyasnın prezidenti seçilib.
Qeyd edək ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsində çalışıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi