Xaricdən gətirilən palma yağının miqdarı 42%, qiyməti isə 10% artıb. Ötən il ərzində ölkəyə İndoneziya və Malayziyadan 64 min 560 ton xam palma yağı idxal edilib.
AvroMedia.az xəbər verir ki , qida eksperti Məhsəti Hüseynova deyir ki, palma yağı həm qida, həm də qeyri-qida sənayesində geniş istifadə olunan xammaldır. Dünyada istehsal olunan palma yağının təxminən 72 faizi qida sənayesində istifadə olunur.
Qida eksperti qeyd edib ki, palma yağı ucuz əldə olunduğuna görə ona tələbat böyükdür. Amma bu yağın orqanizmə zərəri çoxdur.
Məhsəti Hüseynova qeyd edib ki, məhsul alanlar çox vaxt onun tərkibində palma yağının olub-olmaması ilə maraqlanırlar. Çünki istehlakçılar arasında onun ziyanlı olması barədə fikirlər var. Bəzən qidanın tərkibində palma yağı olduğunu gizlətmək üçün bitki yağı, palma turşusu və ya bu kimi digər adlar yazılır. Bundan başqa, element 11 və 15 nömrəli kodlarla da qeyd olunur.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən mövqe bildirilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi