Bakının Nərimanov rayonu, Əliyar Əliyevküçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 17 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
AvroMedia.az xəbər verir ki , 17 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyası istiqamətində Fətəli xan Xoyski küçəsi – Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi (“Nəriman Nərimanov” metrostansiyası) – Əhməd Rəcəbli küçəsi (son dayanacaq), Yeni Yasamal yaşayış massivi istiqamətində isə Əhməd Rəcəbli küçəsi (son dayanacaq) – Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) – Əhməd Rəcəbli küçəsi – Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edir.
24 nömrəli marşrut isə “Nəriman Nərimanov” metrostansiyası istiqamətində Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi – Uluqbəy küçəsi – Ağa Nemətulla küçəsi – Təbriz küçəsi (son dayanacaq), Qaraçuxur qəsəbəsi istiqamətində isə Təbriz küçəsi (son dayanacaq) – Əhməd Rəcəbli küçəsi – Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edir.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb