ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsində 2025-ci ilin 26 fevral tarixi Xocalının Anım Günü elan edilib.
AvroMedia.az xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava, Komissarlar Şurasının sədri Anthony Rodriguez (Entoni Rodriges) Bəyannamə imzalayıb.
Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 600-dən çox günahsız insanın, mülki şəxsin amansızlıqla qətlə yetirildiyi qeyd olunub. Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un (HRW) Xocalı soyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırdığı vurğulanıb. Dairə sakinləri Xocalı soyqırımının 33-cü ildönümünü, anım gününü xüsusi hörmət və ehtiramla qeyd etməyə dəvət olunub.
Sənəd Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə imzalanıb və Assosiasiyanın rəhbəri Töhfə Eminovaya təqdim edilib.
2006-ci ildə Mayamidə yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) Azərbaycanın tarixi, mədəniyyəti və həqiqətlərinin ABŞ-də təbliği, Amerika və Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi