Son zamanlar ailəsi ilə yaşadığı problemlərlə gündəmə gələn türkiyəli sənətçi Özcan Denizin infarkt keçirdiyi məlum olub.
AvroMedia.az xəbər verir ki, aktyorun rol aldığı “Kızıl Goncalar” serialının çəkiliş meydançasında huşunu itirdiyi bildirilir.
Belə ki, ilk müdaxilədən sonra anju edilən Deniz iki həftə sonra yenidən xəstəxanaya gedəcək və ürəyindəki tıxanmış damara stent qoyulacaq. Məşhur aktyorun hazırda evdə dincəldiyi öyrənilib.
Qeyd edək ki, aktyor bu dəfə anası ilə yaşadığı problemlərlə gündəmə gəlib. Özcan Denizin anası oğlu və gəlini barəsində uzaqlaşdırma və qoruma tədbiri istəyib, məhkəmə prosesi başlayıb.
Özcan Denizin anası Kadriye Dənizin müğənninin həyat yoldaşı Samar Dadgarı döydüyü də iddia edilib.
Xatırladaq ki, müğənninin qardaşı ilə də münasibətləri yaxşı deyil. Onun ötən il yaydığı açıqlamaya görə, qardaşı ilə münasibətləri pisləşib və onunla yollarını ayırıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi