Böyüklər, yəni yaşı 18-dən yuxarı insanlar üçün buğda çörəyinin gündəlik istehlak norması 100 qramdır.
Çörək qidalanmanın vacib elementi olaraq qalır, lakin onun ağ çeşidi ən az sağlam hesab olunur, ona görə də mütəxəssislər onu gündəlik istehlak etməyi məsləhət görmürlər.
AvroMedia.az xəbər verir ki, endokrinoloq, tibb elmləri namizədi Oksana Mixaleva normalardan danışıb:
“Normativ sənədlərə əsasən, sağlam yetkinlər üçün gündəlik çörək istehlakı norması 100 q buğda və ya 150 qr çovdardır.
Yalnız qlütenə qarşı allergik reaksiya və ya dözümsüzlük halında buğda çörəyinin tam xaric edilməsi tövsiyə oluna bilər.
Həzm sisteminin patologiyaları halında onun istehlakı da azaldılmalıdır. Belə hallarda ağ çörəkdən qurudulmuş formada və minimum miqdarda istifadə məsləhətdir.
Son vaxtlar məhsula günəbaxan tumu, kətan toxumu və balqabaq toxumu kimi yağlar əlavə olunur ki, bu da onun kalorililiyini xeyli artırır.
Sağlam qidalanmaq üçün çovdar, tam taxıl, ikinci dərəcəli buğda, kəpək və çoxdənli çörək ən yaxşı hesab olunur. Ən faydalısı tam taxıl unu və çovdardan hazırlanmış çörəklərdir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi