Xəbər verdiyimiz kimi, mart ayının 20 və 24-ü Novruz bayramı ilə bağlı qeyri-iş günüdür.
AvroMedia.az xəbər verir ki, 22 və 23 mart tarixləri şənbə və bazara düşdüyü üçün, qanunvericiliyə uyğun olaraq, şənbə-bazar istirahət günləri bayram günündən sonrakı ilk iş gününə keçirilir və buna görə də 25 və 26 mart tarixləri də qeyri-iş günü olacaq.
Azərbaycanda 30-31 martda Ramazan bayramı qeyd ediləcək və bu günlər də qeyri-iş günüdür. 30 mart bazar gününə təsadüf etdiyindən, 1 aprel də qeyri-iş günü olmalıdır.
Nazirlər Kabinetinin bu gün verdiyi qərarla, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart tarixləri ilə 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, 1 aprel iş günü olacaq.
Bununla da Azərbaycanda qeyri-iş günləri 20 martdan 31 marta qədər – tam 12 gün ardıcıl olacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi