Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilir.
AvroMedia.az xəbər verir ki , paytaxtın Xətai rayonu ərazisində keçirilən növbəti tədbir zamanı bir iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması aşkar olunub. Həmin obyektin icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Balakən rayonunda keçirilən tədbir zamanı isə restoranlardan birinin həyətində obyekt sahibi tərəfindən 19 ədəd müxtəlif növ ağacın kəsilməsi faktı aşkarlanıb. Təhqiqat araşdırmaları aparılır.
Həmçinin, yerin təkindən qanunsuz istifadə edən 1, məişət tullantılarını urnalardan kənara atan 3 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi