Bu gün – 14 fevral Azərbaycanda televiziya yayımına başlanıldığı gündür.
AvroMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paylaşım edib.
O qeyd edib ki, 1956-cı ilin məhz bu günündə Şərqdə ilk televiziya ölkəmizdə “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə efirə çıxaraq xalqımızın siyasi və mədəni həyatında yeni bir mərhələ açıb.
“Bu gün televiziya kanallarımız məzmun və format baxımından daim yenilənir, təqdim olunan hər verilişdə, hər videosüjetdə yaradıcı kollektivin peşəkarlığı və zəhməti aydın hiss olunur. Bu əlamətdar gün münasibətilə televiziya işçilərini səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram”, – Hikmət Hacıyev bildirib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur