2 milyon Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib
Tarix: 14-02-2025, 08:00
Baxılıb: 2 393
Google+ Paylaş
Tumblr Paylaş

2 milyon Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib

14-02-2025, 08:00

2022-ci ilin mart ayından 2024-cü ilədək ümumilikdə 1 milyon 897 min 588 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.
AvroMedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2022-ci il ərzində Rusiyadan 446 min 712 nəfər, Ukraynadan isə 27 min 741 nəfər ölkəyə daxil olub.
2023-cü ildə isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub.
Ötən ildə isə 730 min 971 nəfər Rusiya, 36 min 144 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.
Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ