Niderland hakimiyyəti yaş salfetləri qadağan etməyi planlaşdırır.
AvroMedia.az xəbər verir ki, Niderland hökuməti tərkibində plastik olan yaş salfetlərə ümumavropa qadağası qoyulmasını təklif edib.
Buna səbəb kimi ciddi ekoloji fəsadlar və kanalizasiya sistemlərinin tıxanması göstərilib.
Təmizlik və ya uşaq baxımı üçün geniş istifadə edilən bu gigiyena məhsulları suda parçalanmır və tez-tez kanalizasiya sistemlərində tıxanmalara səbəb olur. Bildirilir ki, hər il bu cür tıxanmaların aradan qaldırılmasına 55 milyon avroya qədər vəsait xərclənir.
Təklif olunan qadağanın nə vaxt tətbiq oluna biləcəyi açıqlanmayıb, lakin Avropa Birliyi səviyyəsində əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb. Bu da onu deməyə əsas verir ki, qadağa əvvəlcə Niderlandda qüvvəyə minsə də, sonradan bütün AB ölkələrində tətbiq oluna bilər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi